KÖPƏYİ QARI, İPƏYİ QARI

Bax: qarı.

Dünyada ustadlar dilində iki cür qarı var – biri köpəyi qarı, biri ipəyi qarı. Bu qarı ipəyi qarılardandı. Xoş sifətnən Rəsula dedi:

– Oğlum, sən qal burda, mən gedim Sənəm xanımı muştuluqlayım. (“Aşıq Qərib”)

KÖNLƏK
KÖPRİ
OBASTAN VİKİ
Küpəgirən qarı
Küpəgirən qarı — Azərbaycan nağıllarındakı personajlardan biri. Küpəgirən qarı nağılların mənfi obrazlarındandır. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməldir. Bir anlığa gözəllər gözəli də ola bilir, mələklər mələyi də, göyə də qalxa bilir, yerə də enə bilir, ancaq eybəcərliyinə dov gələ bilmir, üst dodağı göy süpürür, alt dodağı yer, bədheybətdir. Yuxuda onu görürsən əgər, Küpəgirən səni qazana atıb qaynadır ki, bişirib yesin! Qışqırırsan, tanış bəzilərini köməyə çağırırsan, amma səsin çıxmır. O qazandan çıxmaq istəyirsən, lakin Küpəgirən qarı süpürgəsi ilə başından vurur. Təzədən qazana girirsən! Neyləməlisən? Əlbəttə ki yuxudan oyanmalısan!
Qarı Körpüsü
Qarı Körpüsü — Təbriz şəhərində Quruçayın üzərində yerləşən, Qacarlar dövrünə aid daş körpü. == Haqqında == Qarı körpüsü və ya çıraq körpüsü Təbriz şəhərində Quruçayın üzərində yerləşir. 8 aşırımlı olan körpü Qacarlar dövründə tikilib. Qoç şəkilli sütun başlıqları və lampaları da Qacarlar dövrünə aiddir. Deyilənə görə bu körpünün tikilməsinə yaşlı bir qadın kömək etdiyi üçün körpü Qarı körpüsü adlandırılıb. Körpü Siqqətül İslam küçəsində yerləşir və Təbriz bazarını Təbrizin şimal məhəllələrindən olan Şeşgilan və Dəvəçi məhəllələri ilə birləşdirir. Pəhləvilər dövründə körpünün qərbində daha kiçik piyada körpüsü də tikilib. Qarı körpüsü 2000-ci ildə milli abidə olaraq qeydiyyata alınıb.
Qarı Nənə
Qarı Nənə — Azərbaycan folklorunda mifik xarakter. Fars folklorunda isə Nəne Sərma adlı eyni xarakter var.
Qarı İzerqil
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. == Ədəbiyyat == Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
İzergil qarı
İzergil qarı - (rus. Старуха Изергиль) - 1894-cü ildə Maksim Qorki tərəfindən yazılmış əsər. == Ədəbiyyat == Ханов В. А. Рассказ М. Горького «Старуха Изергиль»: культурологические аспекты // Русская словесность. — 2003. — № 4. Щербина И. «Я и Старуха…»: О рассказе М. Горького «Старуха Изергиль». И. Щербина // Литература. — 2003 — № 8. Гуйс, Ирина. «Старуха Изергиль» А. М. Горького [Текст] : новый взгляд / Ирина Гуйс // Литература.
Qırmızı qarı (pyes)
Qırmızı qarı (pyes) — Əbdürrəhimbəy Haqverdiyev pyesi 1921-ci ildə yazmışdır. “Qırmızı qarı” (1921) pyеsində ədib qarını “qırmızı tufan еlçisi”, müsbət bir оbraz kimi qələmə alır. Qarının bir arzusu var: "zəncir və zülm dünyasının axırına çıxmaq!" Əsər, əsgərlərin zülmət səltənəti üzərindəki qələbəsi ilə bitir və qarının arzusu həqiqətə çеvrilir.
Sultan Səncər və qarı
Sultan Səncər və qarı — 1174-1175-ci illərdə böyük Azərbaycan şairi Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayətidir. böyük Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən tərcümə olunmuşdur. == Haqqında == "Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. "Məxzənül-əsrar"ın ən məşhur dördüncü hekayətlərindən birinin qəhrəmanı da Sultan Səncərdir. Hekayədə Səncər ədaləti tanımayan, xalqın qeydinə qalmayan hökmdar kimi təsvir edilmişdir. == Məzmunu == Bir gün qoca qarı zülmün əlindən üsyan edir. Ölkənin hökmdarı Sultan Səncərin yaxasından tutub deyir: "Ey sultan, səndən ədalət görmədim, sənin zülmün əsla hesaba sığmaz. Sənin kefli darğan gəlib evimdə məni söyüb, salıb təpiyin altına döyüb. Günahsız yerə saçımı yolub evimdən çölə atıb.
92-ci ilin qarı (film, 2014)
92-ci ilin qarı qısametrajlı sənədli filmi rejissor Gültəkin Nəriman tərəfindən 2014-cü ildə çəkilmişdir. Film Bakı Şəhəri İcra Hakimiyyəti Kino Xidməti İdarəsində istehsal edilmişdir. Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. == Məzmun == Film 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım — Xocalı soyqırımından bəhs edir. Xocalı faciəsi 200 ildən artıq bir müddətdə ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik tənzimləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.Filmdə qanlı gecənin şahidlərinin ifadələri də yer almışdır. Film Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuşdur.
İpəyi şaxduran
İpəyi şaxduran (lat. Alchemilla sericea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin şaxduran cinsinə aid bitki növü. == Arealı == Türkiyə və İranda yayılmışdır.
Şardone ipəyi
Şardone ipəyi və ya reyon ("bərq vuran", "parıldayan") – XIX əsrin 70-ci illərinin sonunda fransız kimyaçısı Lui Mari Gilyar Berniqo (1839–1924), qraf de Şardone tərəfindən yaradılmış süni material, ipəyin əvəzedicilərindən biri. Kimyəvi cəhətdən Şardone ipəyi mis-ammiak ipəyi və viskoza ipəyi kimi regenerasiya olunmuş və həddən artıq çökdürülmüş sellülozadır. == Tarixi == İpəyəbənzər süni parçanın əldə edilməsi mümkünlüyü entomoloq Reomür tərəfindən hələ 1734-cü ildə qeyd edilsə də, ilk belə parça ancaq XIX əsrin sonlarında əldə edilmişdi. XIX əsrin 70-ci illərində qraf de Şardone fotoqrafiya ilə məşğul olarkən gördü ki, kollodi (fotoqrafiya lövhələrinin üstünü örtmək üçün istifadə olunan nitrosellüloz material) məhlulu tökülərkən yapışqan maddə alınır və onu kiçik dəliklərdən buraxanda ipək saplarına oxşar uzun saplar almaq mümkündür. Şardone üçün ipəkçilik yad mövzu deyildi. Bir dəfə o ipəkqurdlarının xəstəliyini tədqiq etmək üçün öz müəllimi professor Lui Pasterlə birlikdə Liona getmişdi. Bu xəstəlik ölkənin bütün ipək industriyası üçün təhlükə idi. Xəstəliyin səbəblərini dərhal aşkar etmək mümkün olmadığından o burada qalaraq ipəkqurdlarını və onların verdiyi sapı tədqiq etmişdi. Tarixə Şardone ipəyi və ya reyon (yəni "bərq vuran", Şardone özü materialı belə adlandırırdı) kimi daxil olmuş süni material bütün deyil, bəzi göstəricilərinə görə ipəyə bənzəyirdi: o yumşaq və parlaq idi, ancaq təəssüf ki, çox asan alovlanırdı. Şardone öz ixtirasını 1885-ci (başqa məlumata görə, 1884-cü ildə) ildə patentləşdirdi, 1891-ci ildə isə süni ipək istehsalına başladı.
Azərbaycan İpəyi (1972)
Azərbaycan ipəyi qısametrajlı sənədli filmi rejissor Pərviz Cəfərov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film kənd təsərrüfatının ən qədim sahələrindən biri olan ipəkçiliyin Azərbaycanda vaxtilə geniş yayılmasından, Azərbaycan ipəyinin bütün dünyada şöhrət tapmasından, bu gün də bizim respublikamızda həmin sahəyə diqqət və qayğının artırılmasından bəhs edir. == Məzmun == Film kənd təsərrüfatının ən qədim sahələrindən biri olan ipəkçiliyin Azərbaycanda vaxtilə geniş yayılmasından, Azərbaycan ipəyinin bütün dünyada şöhrət tapmasından, bu gün də bizim respublikamızda həmin sahəyə diqqət və qayğının artırılmasından bəhs edir.
Azərbaycan İpəyi (1977)
Azərbaycan ipəyi qısametrajlı sənədli televiziya filmi rejissor Gavə Həsənov tərəfindən 1977-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Filmdə Azərbaycanda ipəkçiliyin tarixindən, Şəki ipək kombinatının işindən danışılır. == Məzmun == Filmdə Azərbaycanda ipəkçiliyin tarixindən, Şəki ipək kombinatının işindən danışılır.
Əndəlus köpəyi (film, 1929)
"Əndəlüs köpəyi" (fr. Un chien Andalou) — rejissor Luis Bunyuelin filmi. == Məzmun == Filmin başlanğıcında orta yaşlı bir kişi ülgücü itiləyir, eyvana çıxır, bütöv olan aya baxır. Sonra isə o, həmin ülgüclə kresloda əyləşmiş qızın gözünü kəsir. Elə bu zaman da nazik buludlar ayın dairəsini kəsib keçir. Daha sonra ekranda ortasında deşik olan əl görünür. Həmin deşikdən qarışqalar çıxır. Sonra isə kişinin özü ilə üstündə ulaq ölüsü və iki keşiş bağlanmış iki royalı çəkib aparması, bir adamın o birinə atəş açması, qadın və kəsilmiş əl və s. göstərilir. Bütün bu obrazlar filmin sonuna qədər anlaşılmaz, qeyri-müəyyən və açılmamış şəkildə qalır.
Azərbaycan ipəyi (film, 1972)
Azərbaycan ipəyi qısametrajlı sənədli filmi rejissor Pərviz Cəfərov tərəfindən 1972-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film kənd təsərrüfatının ən qədim sahələrindən biri olan ipəkçiliyin Azərbaycanda vaxtilə geniş yayılmasından, Azərbaycan ipəyinin bütün dünyada şöhrət tapmasından, bu gün də bizim respublikamızda həmin sahəyə diqqət və qayğının artırılmasından bəhs edir. == Məzmun == Film kənd təsərrüfatının ən qədim sahələrindən biri olan ipəkçiliyin Azərbaycanda vaxtilə geniş yayılmasından, Azərbaycan ipəyinin bütün dünyada şöhrət tapmasından, bu gün də bizim respublikamızda həmin sahəyə diqqət və qayğının artırılmasından bəhs edir.
Azərbaycan ipəyi (film, 1977)
Azərbaycan ipəyi qısametrajlı sənədli televiziya filmi rejissor Gavə Həsənov tərəfindən 1977-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Filmdə Azərbaycanda ipəkçiliyin tarixindən, Şəki ipək kombinatının işindən danışılır. == Məzmun == Filmdə Azərbaycanda ipəkçiliyin tarixindən, Şəki ipək kombinatının işindən danışılır.
богосло́вие брабансо́н запресто́льный костю́мчик котёночек павли́ниться прико́ванный прожига́тельница рубцева́ние скве́рик сопли́вец до́лго карачу́н околдо́вывать тракторове́дение упи́сывать онополец alternating choultry dredging heat rate sailcloth билетный моделировка построчный